Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Modriç: “Çempionlar Liqasında qazandığım 4 çempionluğu dünya çempionluğuna dəyişərdim"



Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç dünya çempionatının finalı öncəsində fikirlərini bölüşüb. “Goal.com”un məlumatına görə, 33 yaşlı futbolçu Çempionlar Liqasında qazandığı titulları dünya çempionluğu naminə qurban verməyə hazır olduğunu deyib.

“Çempionlar Liqasında qazandığım 4 çempionluğu dünya çempionluğuna dəyişərdim. Finalda nə baş verəcəyindən asılı olmayaraq, bu, Xorvatiya idman tarixinin ən böyük uğurudu. Biz özümüzə tam əminik. Dünya çempionu olmaq üçün xarakterə və lazım olan digər hər şeyə sahibik” – deyə, o bildirib.

Modriç həmçinin “Qızıl top” iddialarını da cavablandırıb: “Hər kəs mənə “Qızıl top” haqda suallar ünvanlayır. Ancaq bu məsələ məni narahat etmir. Sadəcə, dünya çempionu olmaq üçün son addımı atmalıyıq”.


Facebook-da paylaş

Xəbəri paylaş