Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



De Xea ittihamlara cavab verdi

De Xea ittihamlara cavab verdi

İspaniya millisinin qapıçısı David de Xea bildirib ki, DÇ-2018-in Portuqaliyaya qarşı oyunundan (3:3) sonra azarkeşlərin dəstəyini hiss etmir.

De Xea həmin qarşılaşmada qolla nəticələnən səhv edib.

“Marca” yazır ki, de Xea deyib: “Mən İspaniyadan böyük dəstək hiss etmirəm. Özümü tənqid edə bilərəm. Çox istərdim ki, çətin vaxtımda mənə dəstək verəydilər. Amma mən yalnız məşqçilərimin və komanda yoldaşlarımın dəstəyindən razıyam.

Futbolda belə hallar olur. Səhv etmişəm. Biz qapıçılar əlcəyimizi geyinib meydana çıxırıq. Bunun məsuliyyətinin nə qədər ağır olduğunun da fərqindəyik. Ümid edirəm ki, məşqçi və futbolçularımız məni dəstəkləməkdə davam edəcəklər. Təmkinimi qorumağa çalışacağam. Hər halda adam öldürməmişəm”.


Facebook-da paylaş

Xəbəri paylaş