Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Söhbət zamanı məlum oldu ki, şəhid ailəsidi, hədiyyə etdim"



Eldəniz Məmmədov gənc yaşlarında boks idman növü ilə məşğul olurmuş. Hazırda da həvəskar kimi məşqlərini davam etdirir.

Eyni zamanda Avtovağzal Ticarət Mərkəzində idman ləvazimatı dükanının sahibidir.

- Ən böyük arzum bütün idman növlərində "Qarabağ" adlı komandanın olmasıdı. Bu arzumu futbolda "Qarabağ" komandası həyata keçirib. "Qarabağ"ın son oyunlarında həyacandan boğazım qurumuşdu. A kişinin oğlu, o boyda Avropa komandasının xoruzunu qoltuquna verib yola saldılar. Məncə, Xocalı adı ilə bağlı komanda da olmalıdı. Biz idman ləvazimatları satırıq. Bir də görürsən ki, valideynin imkanı olmur nəyisə almağa onda gənclərimizin idman üçün hər şeyi olsun deyə endirimlər edirik. Bir dəfə dükana bir şəhid ailəsin gəldi. Ləvazimatı alırdılar. Söhbət zamanı məlum oldu ki, şəhid ailəsidi, hədiyyə etdim. Halal xoşları olsun. Bir də istərdim ki, bütün idman mallarında bizim atributlarımız olsun. Arzu edirəm ki, Qarabağ alınsın.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi






Facebook-da paylaş

Xəbəri paylaş