Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mehriban, bir o qədər də sərt rəqiblər



Nərd oyunu Azərbaycanda VI əsrin sonu, VII əsrin əvvəllərindən məlumdur. Bunu arxeoloji materiallar, Azərbaycanın o dövrdəki tarixi şəraiti, eləcə də digər mülahizələr təsdiq edir.

Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri Qətran Təbrizi, Xəqani və Nizami Gəncəvinin nərd haqqında qiymətli fikirləri var. Dünyanın bir çox ölkələrində oynanılan nərdin 22-yə qədər növü var. Azərbaycanda bunların əsasən üç növü oynanılır: fərd, Döymə və Gülbahardır.

Ölkəmizdə də nərd oyununun həvəskar və peşəkarları da var. Bütün həyatını bu oyuna həsr etmiş insanlar da var.

Bu gün belə insanların ikisindən danışacağıq - Altay və Azər. Bu iki insan demək olar ki, nərd oyunu ilə nəfəs alırlar.

Yaxın qohumdurlar, Altay Sumqayıt şəhərində, Azər isə Sabirabad rayonunda yaşayır. Aralarında kifayət qədər məsafə olsa da, həftənin şənbə və bazar günləri bir araya gələrək sevdikləri oyunu oynayırlar.

Oyun zamanı sanki, aralarında olimpiya oyununun final görüşü keçirilir. Əsəb, gərginlik, mübahislər pik həddə çatır. Bu günə qədərə 68 dəfə qarşılaşan tərəflər bir-birlərinə demək olar ki, o qədər də üstünlük qura bilməyiblər.

Belə ki, keçirilən 68 oyunun 38-də Altay, 30-da isə Azər qələbə qazanıb. Oyun ərzində nə qədər sərt rəqib olsalar da, sonra məğlub olan tərəf qalibin əlini sıxaraq təbrik edir və aralarındakı dostluq, qohumluq münasibətləri olduğu kimi davam edir.

Buna baxmayaraq oyunçu kimi qarşılıqlı ittihamlar səsləndirilər -

Azər: "Çox cığallıq edir qardaşım, zər tutur". Altay: "Deyəndə ki, gəl, zəri stəkanla ataq inciyir".

Alxas




Facebook-da paylaş

Xəbəri paylaş