Əsas Səhifə > Gənclər > Rektor Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri ilə görüşüb

Rektor Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri ilə görüşüb


8-02-2023, 15:30
Rektor Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Tələbə Gənclər Təşkilatının (TGT) idarə heyətinin üzvləri ilə görüşüb.

BrendSport.az
saytının Gənclər Şobəsi xəbər verir ki, rektor TGT-nin “İlin Tələbə Gənclər Təşkilatı” seçilməsi münasibətilə təşkilat üzvlərini təbrik edib. Bildirib ki, bu uğur təşkilatın hər bir üzvünün əməyinə verilən qiymətdir. Bu həm də təşkilat üzvlərinin komanda şəklində işləmə bacarığının olmasına bariz nümunədir.
Daha sonra rektor TGT-nin idarə heyətinin hər bir üzvü ilə yaxından tanış olub, onların dərsləri ilə maraqlanıb, həmçinin təkliflərini dinləyib.
TGT-nin sədri Eyvaz Məhəmmədli son bir ildə təşkilatın gördüyü işlər, hədəflər və gözləntilər haqqında rektora məlumat verib.
Görüşdə təşkilatın həyata keçirəcəyi yeni layihələr barədə fikir mübadiləsi aparılıb.
Geri qayıt