Əsas Səhifə > Gənclər > Gənclər və idman naziri Fərid Qayıbov dekabrın 28-də skautların Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil edilmiş tədbirində iştirak edib

Gənclər və idman naziri Fərid Qayıbov dekabrın 28-də skautların Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil edilmiş tədbirində iştirak edib


29-12-2021, 15:15


BrendSport.az xəbər verir ki, əvvəlcə Azərbaycan Skautlar Assosiasiyasının ofisi, “scout crosfit” idman zalı ilə tanış olub. Assosiasiyanın sədri Emin Babayev və İdarə Heyətinin üzvü İlyas İsmayıllı təşkilatın fəaliyyəti, layihələri, beynəlxalq əməkdaşlıq və gələcək hədəfləri barədə, həmçinin gənclər üçün təqdim etdilən xidmətlər, qış və yay düşərgələri, hər həftə qruplar üzrə keçirilən görüşlər və təlimlər barədə məlumat veriblər.

Sonra nazir skautlarla söhbət edib, skaut tonqalı ətrafında gənclərin təklif və ideyalarını dinləyib. Assosiasiyanın gələcək fəaliyyətinə uğurlar arzulayaraq birgə əməkdaşlığa dair fikirlərini bildirib.

Fərid Qayıbov sonda skautları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

Görüşdə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov da iştirak ediblər.










Geri qayıt