Əsas Səhifə > Gənclər > Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, idmançıların və könüllülərin iştirakı ilə Xocasən gölünün ətrafında ağacəkmə tədbiri keçirilib

Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, idmançıların və könüllülərin iştirakı ilə Xocasən gölünün ətrafında ağacəkmə tədbiri keçirilib


28-12-2021, 14:29


Dekabrın 28-də Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, idmançıların və könüllülərin iştirakı ilə Xocasən gölünün ətrafında ağacəkmə tədbiri keçirilib.

BrendSport.az saytının Gənclər Şöbəsi xəbər verir ki, ğacəkmədə gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, nazir müavinləri, Olimpiya və dünya çempionları, ictimai fəal gənclər də iştirak ediblər.

Aksiya iştirakçıları qeyd ediblər ki, mütəmadi olaraq keçirilən ağacəkmə ölkəmizdə təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Ağacəkmə zamanı 1 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 1000-dək Eldar şamı, Şərq çinarı, zeytun ağacları əkilib.
Geri qayıt