Əsas Səhifə > Gənclər > UEFA Gənclər Liqası: “Qəbələ” bu gün Niderlandın “AZ Alkmar” komandasının qonağı olacaq

UEFA Gənclər Liqası: “Qəbələ” bu gün Niderlandın “AZ Alkmar” komandasının qonağı olacaq


19-10-2021, 10:53
UEFA Gənclər Liqası: “Qəbələ” bu gün Niderlandın “AZ Alkmar” komandasının qonağı olacaq


UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ” bu gün turnirin birinci mərhələsinin cavab oyunu çərçivəsində Niderlandın “AZ Alkmar” komandası ilə qarşılaşacaq.
BrendSport.az xəbər verir ki, AZ Təlim-Məşq mərkəzində Bakı vaxtı ilə saat 19:00-da təşkil olunacaq oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Dario Bel olacaq. Ona Maryan Tomas və Kruno Sariç kömək edəcəklər. Dördüncü hakim funksiyasını niderlandlı Ervin Blank yerinə yetirəcək.
Komandalar arasında Qəbələdə təşkil olunan ilk görüşdə Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanıb.
Geri qayıt