Əsas Səhifə > Gənclər > Ramazan bayramında şəhid və qazi ailələri ilə görüş

Ramazan bayramında şəhid və qazi ailələri ilə görüş


12-05-2021, 22:07


Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəb və Saytımızın birgə təşkilatçılığı ilə bu dəfə Sabunçuda, Nardaranda Şəhid və Qazi ailələrinin görüşündə olduq.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin nəticəsidir ki, 44 günlük Vətən savaşında dövlət-xalq-ordu birliyinin bəhrəsini bütün dünya gördü. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır.


Yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin, hərbi qulluqçularımızın yüksək intizama və döyüş qabiliyyətinə malik olmasının, əldə olunan uğurların və ən nəhayət, qazanılan zəfərlərin əsasında xalq-ordu birliyi dayanır.

BrendSport.az saytı Tovuz hadisələrindən baslayaraq 44 günlük Vətən savaşının son gününə qədər "İlhamlı qələbələr" adlı orduya dəstək kampaniyası həyata keçirmişdir.

Hər zaman gənclərə və idmana dəstək olmağı qarşısına məqsəd qoyan saytımız daim dövlət-xalq-ordu birliyinin yanında olmağa çalışmış və bu missiyanı bundan sonra da davam etdirəcəyik.


Dövlət başçısı cənab prezident İlham Əliyevin və birinci vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın apardığı siyasəti hər zaman dəstəkləmişik və işimizi bu yöndə davam etdirik.

BrendSport.az saytı olaraq şəhid ailələri ilə görüşümüz artıq ənənə halını alıb.

Ramazan Bayramında əməkdaşlaırmız Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbin müəllimləri, Fail və Babək muəllim ilə birlikdə, bir neçə şəhid və qazi ailəsi ilə görüşüblər.

Görüşdə ailələrin qayğı və istəkləri dinlənilib, onlara bundan sonra da dəstək olmağa çalışacqları çatdırılıb. Şəhid ailələri də öz növbələrində dövlətin onlara göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də ayrı-ayrı təşkilatlara və insanlara minnətdarlıqlarını bildiriblər.

Bu səfərdə bizimlə birlikdə Qafqazda ən böyük Xalça şourumu olan "Natural Hali" Xalça mağazalar şəbəkəsinin rəhbəri OsmanQazi Kaplan, "İslamoğlu un məmulatları"nın rəhbəri Azər İslamzadəyə və Sumqayıt " Unikal klinika"sının meneceri Lalə xanima göstərdikləri böyük dəstəyə görə öz təşəkkürümüzü bildiririk.

Səfərin sonunda Nardaranda Şəhidlər xiyabanını ziyarət edilib.

Sonda bu xeyirxah təşəbbüsümüzə digər şirkət və təşkilatları da qoşulmağa dəvət edirik.
Ailələrlə görüşdən fotoları sizə təqdim edirik.
























Geri qayıt