Əsas Səhifə > Gənclər > Bu dəfə Salyanda şəhid ailələri ilə görüşdük - FOTOLAR

Bu dəfə Salyanda şəhid ailələri ilə görüşdük - FOTOLAR


15-05-2021, 17:21


Bu günlərdə Salyan Rayon Gənclər və İdman İdarəsinin və saytımızın birgə təşkilatçılığı ilə şəhid ailələrinin görüşündə olduq.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin nəticəsidir ki, 44 günlük Vətən savaşında dövlət-xalq-ordu birliyinin bəhrəsini bütün dünya gördü. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır.

Yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin, hərbi qulluqçularımızın yüksək ki intizama və döyüş qabiliyyətinə malik olmasının, əldə olunan uğurların və ən nəhayət, qazanılan zəfərlərin əsasında xalq-ordu birliyi dayanır.
Bir çox mətbu orqan kimi, BrendSport.az saytı da Tovuz hadisələrindən baslayaraq 44 günlük Vətən savaşının son gününə qədər "İlhamlı qələbələr" adlı orduya dəstək kampaniyası həyata keçirmişdir.

Hər zaman gənclərə və idmana dəstək olmağı qarşısına məqsəd qoyan saytımız daim dövlət-xalq-ordu birliyinin yanında olmağa çalışmış və bu missiyanı bundan sonra da davam etdirəcəyik.

Dövlət başçısı cənab prezident İlham Əliyevin və birinci vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın apardığı siyasəti hər zaman dəstəkləmişik və işimizi bu yöndə davam etdirik.

BrendSport.az saytı olaraq şəhid ailələri ilə görüşümüz artıq ənənə halını alıb. Ramazan Bayramı günlərində əməkdaşlaırmız Salyan rayonunda, Salyan rayon Gənclər və İdman idarəsinin rəisi Araz Hüseynovla birlikdə, bir neçə şəhid ailəsi ilə görüşüblər.

Görüşdə şəhid ailələri qayğı və istəkləri dinlənilib, onlara bundan sonra da dəstək olmağa çalışacqları çatdırılıb. Şəhid ailələri də öz növbələrində dövlətin onlara göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də ayrı-ayrı təşkilatlara və insanlara minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Şəhid Ailələri Rayon Rəhbərliyinin onlara böyük qayğısının olduğunuda söylədilər.

Bu səfərdə bizimlə birlikdə Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseyinov, Qafqazda ən böyük Xalça şourumu olan Natural Hali Xalça mağazalar şəbəkəsinin rəhbəri OsmanQazi Kaplan, "İslamoğlu un məmulatları"nın rəhbəri Azər İslamzadə və aktrisa, model Pərvin xanıma "PEPE" göstərdikləri dəstəyə görə öz təşəkkürümüzü bildiririk.

Sonda bu xeyirxah təşəbbüsümüzə digər şirkət və təşkilatları da qoşulmağa dəvət edirik.
Ailələrlə görüşdən fotoları sizə təqdim edirik.

Bəhruz Rəcəb Oğlu Səmədov
























Geri qayıt