Əsas Səhifə > Gənclər > Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yekunlaşdı

Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yekunlaşdı


11-11-2020, 15:49



Məlum olduğu kimi, bu ilin sentyabr ayının 27-dən etibarən işğalçı Ermənistan dövləti tərəfindən ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş yeni təxribatlar həyata keçirilir.
Buna qarşı da Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü qorumaq məqsədilə Müzəffər Ordumuz tərəfindən əks-hərbi əməliyyatlar başaldılmışdı.

Artıq məlum olduğu kimi, 44 gün davam edən Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yekunlaşıb.

Bu günlər əzrində biz də BrendSport.az saytı olaraq bünün vətəndaşlarımız kimi, daim Ordumuzun yanında olduq və tərəfdaş şirkətlər, eyni zamanda qurumlarla birgə Ordumuza mənəvi dayaq durduq. Artıq işğaldan azad edilimiş bütün torpaqlarımızda şanlı bayrağımız dalğalanır və yaxın günlərdə digər torpaqlarımızda da belə gözəl görüntülərin şahidi olacağıq.
Həmişə olduğu kimi, bu günlərdə də cəbhədə əsgərlərimizə mənəvi dəstək olmaq üçün saytımızın əməkdaşları idman ictimayəti ilə birlikdə "İlhamlı qələbələr" adlı orduya dəstək kampaniyasını davam etdirdi. Gənclər və İdman nazirliyinin, bir çox idman federasiyalarının, eləcə də, BrendSport.az saytının təsisçisi Dönməz Abbasov və saytın baş redaktoru Bəhruz Səmədovun təşkilatçılığı idman ictimaiyyətinin üzvlərindən ibarət bir qrupu insanlar cəbhə bölgəsinə səfərlər edirdilər.
Bu səfərimiz zamanı qürurverici halın şahidi olduq. Belə ki, səfərimiz Qarabağımızın ürəyi sayılan gözəl Şuşamızın işğaldan azad olunması ilə eyni günə təsadüf etdi. Bu möhətəşəm qələbə sevincini əsgərlərimizlə birlikdə yaşamaq bizə də qismət oldu.

Bu səfərlərdə bizə media dəstəyi göstərən "AzərTAc"a, "AzeriXalq.az"a , " "Faktor.az"a , "İctimaixeber.com"a öz təşəkkürlərimizi bildiririk.

Kampaniya çərçivəsində əsgərlərimizə dəstəyini əsirgəməyən və hər zaman bizimlə bərabər olan “Həyat” aptekinin rəhbəri Rəhim Axundova, "İslam oğlu" un məmulatlarının rəhbəri Azər İslamzadəyə, könüllü olaraq dəstək olan Pərvin Abıyevaya, “Suzani Bakı tekstil" şirkətinə, “Berg” enerji içkilərinə, Nərgiz Abbasovaya və Rafael Novruzalıyevə dərin minnətdarlığımızı bildiririk.

Qeyd edək ki, bu dəfəki zəfər dolu səfərimizdə Gənclər və İdman nazirliyi ilə bərabər, “Ciu-Citsu” Federasiyasının vitse-Prezdeni və “Scallezioni” şirkətinin rəhbəri Seymur Səfərov, Peşəkar Boks Federasiyasının vitse-Prezdeni boks üzrə dünya çempionu Fərhad Acalov, Azərbaycan MMA, Pankration və Qrepplinq federasiyasının Qrepplinq idman növü üzrə vitse-prezidenti Abbaslı Hüseynəli, olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, prezident mükafatçısı  Hicran Şərifov, Volibol idman növü üzrə, idman ustası
Beynəlxalq dərəcəli məşqçisi
Klublar arası dünya çempionu və ikincisi
Avropa liqasının ikinci və üçüncü yerin mükafatçısı
Dəfələrlə Azərbaycan çempionu
Və nəhayət İndoneziya çempionu Ziya Rəcəbov, “Wite Rentacare” Rəşad Nağıyev, “Ciu-Citsu” üzrə Dünya və Avropa çempionu, cüdo üzrə Avropa mukafatçı Vüqar Cəfərov, “Cəngi” İdman Klubu və eyni zamanda hər zaman bizimlə yaxından tərəfdaşlıq etmiş, artıq Azərbaycanı Avropa və dünyada layiqincə təmsil edən şirkətlərdən olan "AZGRANATA" MMC-nin İdarə Heyətinin sədri, hüququ eləmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev yaxından dəstək olmuşlar.




Bildiyiniz kimi, “AZGRANATA” MMC-nin Ağsu rayonunda 14 hektar sahəni əhatə edən şirə və şərab emalı zavodu, 2011-ci ilin oktyabr ayının 30-u tarixində möhtərəm prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayıb. Zavod Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. Hal-hazırda zavod da meyvə şirəsi, konsentrat, kompot, limonad, mürəbbə, üzüm yarpağı, narşərab, nar tumu və abqora ilə yanaşı bir neçə çeşiddə şərablar, likyor şərabları, oynaq şərablar, meyvə araqları, vodka, konyak, viski, rakı məhsulları istehsal edir.
Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunub.
“AZGRANATA” MMC nin 4 hektar tut, 15 hektar albalı, 500 hektar üzüm və 350 hektar nar bağları var. Nar bağı orqanikdir və Almaniyanın KİWA GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Şirkətin məhsulları dünyanın 30-a yaxın ölkəsinə ixarc edilir.

Kampaniya çərçivəsində əsgərlərimizə dəstəyini əsirgəməyən bütün tərəfdaş şirkət və qurumlara, eyni zamanda könüllü olaraq bizə dəstək olan dostlara dərin minnətdarlığımızı bildiririk.
Vətən oğulları ilə keçirilən səmimi görüşdə iştirak edənlər çıxış edərək ordumuzun göstərdiyi şücaətdən, onlarda olan ruh yüksəkliyindən danışaraq, ordumuza Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və bütün Azərbaycan xalqının güvəndiyindən söz açmış, qazanılan Şanlı Qələbə münasibətilə təbrik etmişlər.

Vətən oğulları ilə görüşdən yüksək əhvali-ruhiyyə ilə qayıdan təşkilatçılar bu cür səfərlərin bundan sonra da təşkil olunması barədə qərar qəbul ediblər.
Növbəti səfərimiz 15 Noyabrda planlaşdırılır.





Geri qayıt