Əsas Səhifə > Gənclər > Ali və orta-ixtisas təhsil müəssisələri arasında keçiriləcək futzal üzrə ölkə çempionatının püşkü atılıb

Ali və orta-ixtisas təhsil müəssisələri arasında keçiriləcək futzal üzrə ölkə çempionatının püşkü atılıb


6-03-2020, 19:19


Martın 6-da AFFA-nın inzibati binasında ali və orta-ixtisas təhsil müəssisələri arasında keçiriləcək futzal üzrə ölkə çempionatının püşkü atılıb.
BrendSport.az xəbər verir ki, püşkatma mərasimində AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Cahangir Həsənzadə, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov və Tələbə Futbol Federasiyasının baş katibi Lətif Novruzov iştirak ediblər.

Otuz dörd komandanın mübarizə aparacağı yarış aprelin 4-da start götürəcək.

Çempionat AFFA, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək.
Geri qayıt