Əsas Səhifə > Gənclər > Qazaxıstanda uğur qazanan məktəblilər Vətənə qayıdıblar

Qazaxıstanda uğur qazanan məktəblilər Vətənə qayıdıblar


15-01-2020, 22:06
Qazaxıstanda uğur qazanan məktəblilər Vətənə qayıdıblar

Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında ölkəmizi uğurla təmsil edən məktəblilərimiz Vətənə dönüblər. Medalçılarımız olimpiada ilə bağlı təəssüratlarını “Təhsil” televiziyası ilə bölüşüblər.
Təhsil Nazirliyindən BrendSport.az saytının Gənclər şobəsinə bildiriblər ki, 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə bu qurumun tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.
Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıblar.
Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb.
Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər.
Geri qayıt