Əsas Səhifə > Gənclər > Azərbaycan məktəbliləri beynəlxalq olimpiada və müsabiqələrdə uğurla iştirak ediblər

Azərbaycan məktəbliləri beynəlxalq olimpiada və müsabiqələrdə uğurla iştirak ediblər


30-12-2019, 16:41


Bu il Azərbaycan məktəbliləri 14 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edib, 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat qazanıblar.

Təhsil Nazirliyindən BrendSport.az-a bildiriblər ki, 2013-2019-cu illərdə isə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb.

Ümumilikdə məktəblilərimiz 5 əsas fənn üzrə keçirilən dünya olimpiadalarının 4-ü üzrə medal qazanıblar.
Geri qayıt