Əsas Səhifə > Gənclər > Suraxanı rayonunda 9-11-ci sinif şagirdləri arasında inşa yazı müsabiqəsi

Suraxanı rayonunda 9-11-ci sinif şagirdləri arasında inşa yazı müsabiqəsi


29-03-2019, 17:13


BrendSport.az saytının Gənclər bölümü xəbər verir ki, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının dəstəyi ilə 9-11-ci sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir.
Müsabiqə öncəsi Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının aparat rəhbəri Fərman Rəsulov çıxış edərək Soyqırım günün tarixindən, Azərbaycan xalqının başına gətirilmiş müsibətlərdən danışmış, gənclərə tariximizi daha dərindən öyrənmək və təbliğ etmək məqsədi ilə öz tövsiyyələrini vermişdir.
Daha sonra rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Zülfiyyə Mustafayeva müsabiqənin qaydaları, yoxlanılması və nəticələrinin elan olunması prosesi barədə gənclərə məlumat vermişdir.


Geri qayıt