Əsas Səhifə > Gənclər > ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ YENİLƏNƏN AZƏRBAYCAN

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ YENİLƏNƏN AZƏRBAYCAN


1-05-2023, 11:26


BrendSport.az saytının Gənclər Şobəsi xəbər verir ki, bu sözləri TehsilForumu.Az sayıtına Mamedov İsmayıl Məmməd oğlu Ağcabədi rayon M.Ə.Sabir adına Kəbirli kənd tam orta məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı müavini söyləyib.


Milyonlarla insanın qəlbinə hakim kəsilmiş, əbədiyyətə qovuşaraq bəşəriyyətə sanki mayak kimi qəbul edilərək qəbri nurla dolmuş cənnəti-məkan ulu öndər Heydər Əliyevin ömür yoluna nəzər saldıqda nə qədər zəngin və geniş bir mənzərə qarşımızda canlanır. Əgər onun siyasi portretini bir cümlə ilə ifadə etmək istəsək, bu sözləri ürəklə demək mümkündür: Heydər Əliyev ən çətin, ziddiyyətli tarixi proseslərin içərisindən bacarıqla çıxa bilən və özünü ən çətin vəziyyətdə belə itirməyən dahi siyasətçi idi. O, dünyadakı bütün dəyişiklikləri qiymətləndirmək bacarığına sahib olub, eyni zamanda, mənsub olduğu xalqın yaxşı güzəranı üçün hər bir işi tam şəkildə hesablamaq qabiliyyətinə məxsus şəxsiyyət idi. Belə ki,Azərbaycan 1960-cı illərin sonundan başlayan və XXI əsri keçən tarixi zaman kəsiyinə Heydər Əliyevin başçılığı ilə qədəm qoymuşdur. Müstəqil Azərbaycanın böyük bir tarixi məhz onun adı ilə bağlıdır. O cümlədən, Həydər Əliyev zəmanəmizin diplomatiya tarixində ən görkəmli simalardan biri kimi tanınmışdır.
Ümummilli lider Heydər Əliyev öz ölkəsini çətin proseslərdən sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərini, insanların mənəvi sağlamlığını və özlərinə inamını qoruyub saxlamasına nail olmuşdur.
Azərbaycan dövlət müstəqilliyinin bərpa etdikdən az sonra xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalq öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi, sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı, qanunçuluğu bərpa etdi. Müstəqil dövlət təsisatları yaradıldı, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğu geniş vüsət aldı. Belə ki,1994-cü ilin sentyabrında Bakıda Heydər
Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi” nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin,o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinə səbəb oldu.1995-ci ilin noyabrın 12-də isə Azərbaycanın əsas qanunu olan Konstitutsiya qəbul edildi.
Azərbaycanın bir sıra Avropa ölkələri tərəfindən daha yaxından tanıması,Türk ölkələri dövlət başçılarının zirvə toplantılarında müntəzəm olaraq iştirakı Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və müdrikliyinin bariz nümunəsi idi.
Yaxşı dövlət başçısı ölkə və xalq üçün həmişə qiymətli tapıntı sayılıb.Bu mənada Azərbaycan uğurlu dövlətlərdən hesab olunur.Ulu öndər Heydər Əliyev adı yeni dünya siyasətinin bütöv bir salnaməsini təşkil edən siyasət nəhəngləri ilə bir sırada çəkilir.
Bu gün Ümummilli liderin fiziki yoxluğunu hiss etsək də,onun ideyaları,qoyub getdiyi fikirlər və müsəqil Azərbaycan var. Heydər Əliyevin fikir və ideyaları isə ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ilin oktyabrın 3-də Heydər Əliyevin “Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözləri ilə cəmiyyətə özünün layiqli siyasi varisi kimi təqdim etdiyi İlham Əliyev bu illər ərzində qarşısında duran başlıca vəzifələri dəqiq müəyyən etmişdir. Bu sözləri qeyd etməklə o hər bir vətəndaşın maraq və mənafeyinə hesablanan çevik siyasət həyata keçirmiş oldu. O cümlədən Heydər Əliyev kimi, İlham Əliyev də müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqeyinin möhkəmləndirilməsi üçün səylə çalışır.
Bu gün dünyanın hər yerində - nüfuzlu təşkilatlarda Azərbaycanın mövqeyi nəzərə alınır və onunla hesablaşırlar. Azərbaycan dünyada gedən siyasi proseslərdə önəmli fikir sahibidir.
Prezident İlham Əliyevin xarici siyasət kursunu uğurla reallaşdırması dünya dövlətlərinin Azərbaycana inam və ehtimadını gücləndirən ən başlıca amillərdəndir. Məhz İlham Əliyevin sayəsində Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın işğalçılıq siyasəti bütün dünyada ifşa olundu.
Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətinin davamçısı olan İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Belə ki, iqtisadi cəhətdən inkişaf etmiş, günü-gündən yenilənən, çiçəklənən, eyni zamanda sakitlik, əmin-amanlıq hökm sürən bir ölkədə yaşamağımız hər birimizə məlumdur.Qarabağ dərdi kimi Qordi düyününə çevrilmiş bir problemin həllini 44 günlük vətən müharibəsi zamanı həll edərək düşmən tapdağı altında olan torpaqlarımızı geri qaytardı. Həmin Qordi düyününü darmadağın etməklə sübut etdi ki, hər zaman xalqının yanındadır və öz diqqət qayğısını millətindən əsirgəmir.
Azərbaycan xalqının tarixində ən böyük qələbə hesab etdiyimiz Zəfər tariximiz bizim hər birimizin qəlbimizdə iftixar hissi yaratmışdır.Bu iftixar hissini bizə daxili və xarici siyasətilə dünyada öz sözünü deyən,xalqının,millətinin qayğısına qalan eyni zamanda Qarabağ fatehi olan
İlham Əliyev bəxş etmişdir.
Heydər Əliyev adını daşıyan Fond da Ulu öndərin amallarının həyata keçirilməsinə ciddi töhfələr verir. Xalqın vəziyyətinin yaxşılaşdırılması, fiziki və mənəvi sağlamlığının təmin olunmasına yönəlmiş işləri dəstəkləmək, elm, təhsil, mədəniyyət və digər sahələrdə inkişafa kömək edən layihələr həyata keçirmək, milli-mənəvi dəyərlərin qorunması, sağlamlıq imkanları məhdud olan uşaqlara kömək olunması da Fondun qarşısına qoyduğu məqsədlərdəndir. Həmin istiqamətlərdə Fond xeyli sayda layihələr həyata keçirmişdir. “Yenilənən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri, “Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı” və s.Fondun həyata keçirdiyi həmin işlər sırasındadır.
Beləliklə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş işlər həm ölkə prezidenti İlham Əliyev, həm də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilir və davam etdirilməkdədir
Bəşəriyyətin bar ağacı hesab edilən, ayaqlarının altı da cənnət-məkan anlamında qəbul edilən, anaların rəmzi kimi müqqəddəs bir adın daşıyıcısı və haqq-ədalət etalonu hesab edilən məşhur Urmiya Seyidləri nəslindən olan M.C.Paşayev həzrətlərinin nəvəsi Mehriban xanım Əliyevanın varlığı bu enişli-yoxuşlu yollarda İlham Əliyevə sanki bir stimul verir.
Geri qayıt