Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



BDU tələbələri arasında stolüstü tennis üzrə turnir keçirilib

BDU tələbələri arasında stolüstü tennis üzrə turnir keçirilib

Aprelin 18-də “Baku Office Centre”də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, “Baku Table Tennis” klubunun və Bakı Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində ali təhsil müəssisəsinin tələbələri arasında stolüstü tennis üzrə rayon turniri keçirilib.

BrendSport.az
xəbər verir ki, bu barədə AZƏRTAC-a Nərimanov Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Qızların yarışında Xədicə Hüseyn birinci olub. Fatimə Ələkbərova yarışı ikinci, Nərmin Rüstəmli isə üçüncü pillədə başa vurublar.
Oğlanların mübarizəsində ilk üçlükdə Şaban Bağmanov, Zülfüqar Muxtarlı və Murad Safalı yer alıblar.
Qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, iştirakçılar isə sertifikatlar ilə təltif olunublar.


Facebook-da paylaş

Xəbəri paylaş