Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri istehsalat təcrübəsində

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri istehsalat təcrübəsində

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələrinin istehsalat təcrübələri başlayıb.

BrendSport.az saytının Gənclər Bölməsi
xəbər verir ki, fakültənin ekologiya ixtisası üzrə Azərbaycan, ingilis və rus bölmələrində təhsil alan IV kurs tələbələri üçün fevral-mart ayları ərzində Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və “EkoSfera” Qala Etno-Ekoloji Mərkəzində istehsalat təcrübəsi təşkil olunur. İstehsalat təcrübəsi BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi arasında 2015-ci ildə imzalanmış anlaşma memorandumuna əsasən keçirilir.

Tələbələrə RUGİM-in direktoru, BDU-nun Bioekologiya kafedrasının dosenti, biologiya elmləri namizədi Firuzə Sultanzadə və mərkəzin digər mütəxəssisləri tərəfindən ekoloji təhsil və davamlı inkişaf, ekoloji turizm, layihələrin idarəedilməsi barədə geniş məlumat verilir, onların iş prosesi ilə əyani tanış olmalarına şərait yaradılır.

Bununla yanaşı, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisaslarında təhsil alan tələbələr Əmlak Məsələləri Dövlət Xidməti və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturlarında istehsalat təcrübələrinə başlayıblar.

İstehsalat təcrübəsi tələbələrin əldə etdikləri bilik və bacarıqların elmdə tətbiqinə yiyələnməsinə, yüksək ixtisaslı elmi kadrların hazırlanmasına xidmət edir.


Facebook-da paylaş

Xəbəri paylaş