Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ağalıda gənclərin idmana marağının artırılması məqsədilə tədbir keçirilib

Ağalıda gənclərin idmana marağının artırılması məqsədilə tədbir keçirilib


Zəngilan rayonu Ağalı kəndi tam orta məktəbində gənclərin idmana marağının artırılması və sağlam həyat tərzinin təşviq edilməsi məqsədilə tədbir keçirilib.BrendSport.az xəbər verir ki, tədbir Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Azərbaycan Şahmat Federasiyası (AŞF) və “Sumqayıt” futbol klubunun birgə təşkilatçılığı ilə gerçəkləşib.
Məktəblilərlə görüşdə AŞF-in prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, şahmatın fərqli düşünmənin, təhlil etmə qabiliyyətinin və kreativliyin inkişafına müsbət təsirindən danışıb.
Federasiya tərəfindən müəllimlərin təkmilləşdirmə kurslarının təşkil ediləcəyini deyən M.Məmmədov hər bir məktəblini internet üzərindən AŞF tərəfindən təşkil ediləcək şahmat dərslərinə də dəvət edib.
İşğaldan azad olunmuş ərazilərdə idmanın gələcək inkişafından danışan “Sumqayıt”ın prezidenti Riad Rəfiyev gənclərin fiziki sağlamlığının önəmini vurğulayıb.
Sonda məktəblilərə şahmat üçün lazım olan lövhələr, kitablar, futbol formaları və toplar hədiyyə edilib.


Facebook-da paylaş

Xəbəri paylaş