Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

BrendSport.az Gənclərin və İdmançıların informasiya portalının Sponsoru "İYDƏ" Parfüm

VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



Respublika fənn olimpiadalarında 45 mindən çox şagird biliklərini sınayıb

Respublika fənn olimpiadalarında 45 mindən çox şagird biliklərini sınayıb


Cari tədris ili üçün Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.
Təhsil İnstitutundan BrendSport.az-a bildirilib ki, ümumilikdə 45 mindən çox şagirdin qeydiyyatdan keçdiyi fənn olimpiadaları 8, 9, 10, 11-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə 118 mərkəzdə təşkil edilib.


Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə gələn il yanvarın 5-də elan olunacaq.
Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir.


Facebook-da paylaş