Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“İlhamlı Qələbələr” adlı idman festivalının mini-futbol turniri başa çatdı




“BrendSport.az” saytının layihəsi olan və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə keçirilən 44 günlük Vətən müharibəsinə həsr olunmuş “İlhamlı Qələbələr” adlı idman festivalı artıq başa çatdı.

Dünən keçirilən son oyunlarla turnirə yekun vuruldu. İlk oyunda üçüncü yerin qalibini müəyyənləşdirmək üçün “AzTV” və “İdman Azərbaycan” kanallarının birgə komandası ilə incəsənət nümayəndələrini təmsil edən komandalar görüşdülər və oyun 7:3 hesabı ilə şou-biznes komandasının qələbəsi ilə yekunlaşdı.

Final oyunu isə daha gərgin keçdi. Azərbaycan Güləş Federasiyasının (AGF) Olimpiya, Dünya və Avropa çempionlarından ibarət komandası ilə “Azərbaycan” nəşriyyatının və “BrendSport.az” saytının birgə komandası qarşılaşdı. İlk hissədə daha yaxşı oyun sərgiləyən nəşriyyatçılar 2 top vuraraq hissəni öz xeyirlərinə yekunladırdı. İkinci hissə başlayan kimi isə idmançılar 1 qol vuraraq oyunu daha da maraqlı etdi. Oyunun sonları, demək olar ki, çempionların hücumları ilə keçsə də, qol vurmaq mümkün olmadı və yekunda nəşriyyatçılar 2:1 hesabı ilə qələbə qazanaraq turnirin çempionu oldular.

Reqlamentinə əsasən, AGF-nin Olimpiya, Dünya və Avropa çempionlarından ibarət komandası turnirə rəmzi olaraq qatıldıqları üçün, II yerə incəsənət nümayəndələrini təmsil edən komanda, III yerə isə “AzTV” və “İdman Azərbaycan” kanallarının birgə komandası layiq görüldü.

Sonda tədbirin bağlanış və qaliblərin təltifolunma mərasimi keçirildi. “İlhamlı Qələbələr” adlı layihənin Təskilat komitəsinin üzvü və hər zaman tədbirimizin yüksək səviyyədə keçirilməsi üçün çalışan sevimli aparıcımız Fidan Oruc Əliyeva çıxış edərək qalibləri təbrik etdi və şəxsi həyatlarında uğurlar arzuladı.
Qeyd edək ki, bağlanış mərasimdə AFFA-nın nümayəndəsi kimi Orxan Mikayıllı iştirak edirdi.

Xatırladaq ki, turnir AFFA-nın və “BrendSport.az” saytının təşkilatçılığı və “AL Kaya” Fragrance Company-nin Baş sponsorluğu, eyni zamanda, “Həyat aptek”, “İslamoğlu” un məmulatları , “Scallezioni”, “Suzan Baku Tekstil”, “Dübrar” suları , "Full Enerji" və “Natural Hali Outlet” şirkətlərinin sponsorluğu ilə keçirilirdi.

Biz də BrendSport.az saytı olaraq həm AFFA-ya, həm Azərbaycan Güləş Federasiyasına, həm sponsorlarımıza, həm də turnirə qatılan bütün komandalara dərin təşəkkürümüzü bildirir və gələcək işlərində uğurlar arzulayırıq.
























Facebook-da paylaş

Xəbəri paylaş