Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“İlhamlı Qələbələr” adlı idman festivalının mini-futbol turniri start götürdü



Xəbər verdiyimiz kimi, “BrendSport.az” saytının layihəsi olan və 44 günlük Vətən müharibəsinə həsr olunmuş “İlhamlı Qələbələr” adlı idman festivalı davam edir.

Bu gün festival çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə mini-futbol turniri strat götürüb.


Tədbirin açılışını “İlhamlı Qələbələr” adlı layihənin Təskilat komitəsinin üzvü və hər zaman tədbirimizin yüksək səviyyədə keçirilməsi üçün çalışan sevimli aparıcımız Fidan Oruc Əliyeva edərək, Vətən müharibəsində şəhid olan hərbçilərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Sonra Fidan xanım turnir haqqında məlumat verərək, iştirakçılara uğurlar arzuladı və sözü qonaqlara verdi.

Öncə çıxış edən AFFA-nın nümayəndəsi Cahangir Həsənzadə turnirin mahiyyətindən danışdı və belə tədbirlərin davamlı olmasının vacibliyini bildirdi. AFFA-nın da bu cür tədbirlərə hər zaman dəstək olduğunu vurğulayan Cahangir müəllim bundan sonra da öz köməkliklərini əsirgəməyəcəklərini bildirdi.

Sonra "İlhamlı Qələbələr" adlı layihənin Təşkilat komitəsinin sədri “Qızıl fit” sahibi, olimpiya hakimi Hicran Şərifov çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan zəfərin xalqımız və dövlətimiz üçün önəmindən danışdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərdə hərbçilərimizin göstərdiyi şücaətdən danışdı.

Sonda layihənin rəhbəri və ideya müəllifi, eyni zamanda və “BrendSport.az” saytının baş redaktoru Bəhruz Səmədov çıxış edərək, 44 günlük Vətən müharibəsinə həsr olunmuş “İlhamlı Qələbələr” adlı idman festivalı haqqında danışdı və bu turnirin də festivalın tərkib hissəsi olduğunu iştirakçıların diqqətinə çatdırdı. Fikrini komandalara uğurlar arzulamaqla yekunlaşdıran Bəhruz müəllim gələcək günlərdə festivalın digər idman növləri ilə davam edəcəyini bildirdi.

Turnirin açılışı rəmzi məna daşıyan oyunla - Qazilər komandası ilə incəsənət nümayəndələrini təmsil edən komandaların qarşılaşması ilə başladı.

44 günlük Vətən müharibəsində qalıb olmuş Qazilər komandası bu oyunda da yüksək xarakter göstərərək futbolda da heç də zəif olmadıqlarını nümayiş etdirdilər. Belə ki, gərgin, ancaq dostluq şəraitində keçən oyun 7:7 hesablı bərabərliklə yekunlaşdı.

Oyundan sonra qazilərimizə AFFA və “BrendSport.az” saytı tərəfindən təşəkkürnamələr, eyni zamanda turnirin keçirilməsində öz dəstəyini əsirgəməyən sponsorlarımız tərəfindən qiymətli hədiyyələr təqdim olundu.

Bundan sonra əsas yarışa start verildi. İlk oyunda Azərbaycan Güləş Federasiyasının Olimpiya, Dünya və Avropa çempionlarından ibarət komandası, “Sportsmen” jurnalının və “Trend” İnformasiya Agentliyinin birgə komandası olan “Zəngəzur”la qarşılaşdı. Maraqlı keçən oyunda çempionlar 7:4 hesablı qələbəyə sevindilər.

İlk oyun gününün ən gərgin oyunu “AzTV” və “İdman Azərbaycan” kanallarının birgə komandası ilə “Azərbaycan” nəşriyyatının və “BrendSport.az” saytının birgə komandası arasında oldu. Belə ki, “AzTV” və “İdman Azərbaycan” kanallarının birgə komandası oyunun ilk yarısında 3:0 hesabı ilə öndə idilər. Lakin oyunun ikinci hissəsində toparlanan “Azərbaycan” nəşriyyatının və “BrendSport.az” saytının birgə komandası 3 cavabsız qol vuraraq oyunu 5 dəqiqəlik 2 hissədən ibarət əlavə vaxta apardılar. Əlavə vaxtda da daha yaxşı oyun sərgiləyən “Azərbaycan” nəşriyyatının və “BrendSport.az” saytının birgə komandası bir qol vuraraq önə keçdilər və yekunda 4:3 hesabı ilə qələbə qazandılar.

Qeyd edək ki, püşkatmanın nəticələrinə əsasən, “Xəzər” TV-nin rəqibi son anda turnirə qatılmaqdan imtina etdiyinə görə, onlar növbəti tura birbaşa vəsiqə qazanıb.

Beləliklə, keçiriləcək yarımfinal oyunlarında AGF-nin Olimpiya, Dünya və Avropa çempionlarından ibarət komanda ilə “Xəzər” TV-nin komandası, “Azərbaycan” nəşriyyatının və “BrendSport.az” saytının birgə komandası ilə incəsənət nümayəndələrini təmsil edən komandalar qarşı-qarşıya gələcək. Qalib gələn komandalar finalda, məğlub olan komandalar isə 3-cü yer uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, turnir AFFA-nın və “BrendSport.az” saytının təşkilatçılığı və “AL Kaya” Fragrance Company-nin Baş sponsorluğu, eyni zamanda, “Həyat aptek”, “İslamoğlu” un məmulatları , “Scallezioni”, “Suzan Baku Tekstil”, “Dübrar” suları "FULL" enerji içkilərinin və “Natural Hali Outlet” şirkətlərinin sponsorluğu ilə keçirilir.






















Facebook-da paylaş

Xəbəri paylaş