Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanda keçirilən IV Robot Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi



BrendSport.az saytının Gənclər Şöbəsi xəbər verir ki, avqustun 9-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında IV Robot Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Xatırladaq ki, IV Robot Olimpiadası Azərbaycan Respublikasının Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin dəstəyi, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə 24-26 iyul tarixlərdə keçirilmişdir. 3 gün davam edən onlayn olimpiadada 4 kateqoriya üzrə ümumilikdə 92 komanda iştirak etmişdir.
Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müşaviri Rəşad Bayramov və Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev iştirak etmiş, qalibləri təbrik edərək, onlara cari ilin 18-21 noyabr tarixlərində Kanadada təşkil ediləcək Dünya Robot Olimpiadasında Azərbaycanı uğurla təmsil etməyi arzulamışlar. Bütün iştirakçılara sertifikatlar, qaliblərə diplom və hədiyyələr, fəal iştirak etmiş təlimçilərə diplomlar təqdim edilmişdir.
Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilmiş bu Olimpiadada 12 ölkə iştirak etsə də, artıq bu say 80-i keçib. Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilimişdir.

IV Robot Olimpiadasının  Finalınınqalibləri:

⏩ Kateqoriya - Elementary_Beginner:
 I Yer - Master Bot (Bakı) İştirakçılar : Ömər Seyfullazadə , Ömər Kazımlı, Hüseyn Abdullayev
 II Yer - Tech Robot (Bakı) İştirakçılar : Raul Vəliyev, Əyyub Tağıyev, Səlim Kərimli
 III Yer - SMART team (Zaqatala) İştirakçılar : Sanur Əliyev , Əhməd Osmanlı ---------------------------------------------------------------------
⏩ Kateqoriya - Elementary_Advanced:
 I Yer - Robo King (Bakı) İştirakçılar : Ayxan Bağırlı , Fatimə Rəhimli
 II Yer - Legendary Robots (Bakı) İştirakçılar : Hüseyn Əhmədli, Yunus Əlizadə ---------------------------------------------------------------------
⏩ Kateqoriya - Junior_Beginner:
I Yer - MIrobot (Bakı) İştirakçılar : İbrahim İbrahimli, Musa İbrahimli
II Yer - Winners (Bakı) İştirakçılar : Zabitə Qurbanlı, Nicat Hüseynov
III Yer - Walle (Bakı) İştirakçılar : Fatih Emçiyev, Araz Çıraqov ---------------------------------------------------------------------
⏩ Kateqoriya - Junior_Advanced:
I Yer - SUMRob (Sumqayıt) İştirakçılar : Rüfət Alxanlı, Nəzrin Nəcəfli
II Yer - Excalibur (Sumqayıt) İştirakçılar : Nəsir Bəşirov, Rabia Xıdırlı
III Yer - Robuilders (Sumqayıt) İştirakçılar : Eldar Mustafayev, Elnur Məmmədov ---------------------------------------------------------------------



⏩ Kateqoriya - Senior_Beginner:
I Yer - KAOS (Gəncə) İştirakçılar : Mahmud Səmədzadə, ElmirQuluzadə, ƏbdulrahmanSadıqlı
II Yer - Robo_Kaspi_Senior (Bakı) İştirakçılar : YusifYusifli , ElmirƏləkbərli ---------------------------------------------------------------------
⏩ Kateqoriya - Senior_Advanced:
I Yer - BrainDevil (Sumqayıt) İştirakçılar : Amin Nəcəfli , RəvanMəhərrəmli
II Yer - MastersRobot423 (Bakı) İştirakçılar : AsilDadaşlı , NigarNəsib ---------------------------------------------------------------------

⏩ AçıqKateqoriya
I Yer - Junior mühəndislər (Zaqatala) İştirakçılar : ƏhmədMahmudov, Islam Hacizadə , NicatƏliyev
II Yer - RoboCore (Bakı) İştirakçılar : MuhammədHüseynzadə , CavadMəmmədov, Şəhla Ələsgərli --------------------------------------------------------------------










Facebook-da paylaş

Xəbəri paylaş