Faydalı saytlar


Reklam



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş II beynəlxalq onlayn “Təhsil” kuboku keçiriləcək



7-8 may 2021-ci il tarixlərində “Təhsil” Repsublika İdman Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş II beynəlxalq onlayn “Təhsil” kuboku keçiriləcək.
Yarışda dəvət olunmuş ölkələrin 17 yaşadək şahmatçıları iştirak edəcək. Yarış 2 mərhələdən ibarətdir: seçmə və final mərhələsi. Seçmə mərhələnin nəticələrinə görə ilk 30 yeri tutmuş şahmatçılar final mərhələsinə vəsiqə qazanır. Beynəlxalq reytinqi 2300-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak etmək hüququna sahibdir.
Yarışın keçirilməsində əsas məqsəd ümumilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin artırılmasından ibarətdir.
Qaliblər “Təhsil” RİM-in diplomları və pul mükafatı ilə mükafatlandırılacaqlar.

BrendSport.az


Facebook-da paylaş