Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanlı məktəblilərinin X Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında qazandığı uğur



Aprelin 9-dan 15-dək Gürcüstanın Kutaisi şəhərində X Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) təşkil edilib. Əlli beş ölkədən 213 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.

Bu barədə BrendSport.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 bürünc və 1 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Fidan Qarayeva bürünc medala, həmin liseyin XI sinif şagirdi Ləman Ağazadə isə “Həvəsləndirici mükafat”a layiq görülüb.


Facebook-da paylaş

Xəbəri paylaş