Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Əziz və mərhəmətli Azərbaycan xalqı !




BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, "Şahinlər" və "Gənc Heydərçilər" hərbi-vətənpərvərlik düşərgələrinin rəhbəri, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov xalqımıza çağırış etmişdir.



Faiq Qurbanov: Dövlətimiz ordumuzun şəxsi heyətinin məişət şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edir, növbəli olaraq evlə təmin etməyə çalışır və ya evləri olmayan hərbiçilərimizə isə kirayə pulu verir.
Ancaq bəzi hərbiçilərimiz var ki, döyüşə getdikləri üçün kirayə ödənişinin dövlətdən alınmasına görə lazım olan sənədləri vaxtında verə bilməyib və yaxud sənədlər tam olmadığına görə KİRAYƏ PULU ala bilməmişdir.
Şanlı ordumuzun kirayə pulu ala bilməyən hərbiçilərinin qaldığı mənzillərin sahiblərindən xahiş edirik ki, müharibə qutarana qədər hərbiçi ailələrindən KİRAYƏ PULU almayaraq dövlətimizə vətəndaş həmrəyliyi göstərmiş olaq.

#hərbirimizəsgərik
#bizbirlikdəçoxgüclüyük




Facebook-da paylaş

Xəbəri paylaş