Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Masallı rayonu 2020-ci ilin “Gənclər paytaxtı” seçildi



Masalı rayonu 40.3% səs toplayaraq, 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyaraq, “Gənclər Paytaxtı 2020” adını qazanıb
Səsvermədə Azərbaycanın 16 şəhər və rayonu iştirak edirdi. Bu ilki səsvermə iki region Masallı və Lənkəran arasında gedən gərgin mübarizə ilə yadda qalıb. Belə ki, sesvermənin davam etdiyi 7 gün ərzində Lənkəran rayonu ön sıralarda yer almaq üçün mübarizə aparıb. Lakin səsvermənin ilk günlərində Masallı rayonu birinci sıraya keçib və səsvermənin sonuna kimi liderlik mövqeyini əldən verməyib. Nəticədə, Masalı rayonu 40.3% səs toplayaraq, 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyaraq, “Gənclər Paytaxtı 2020” adını qazanıb.
Qeyd edək ki, 2012-ci ildən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər Paytaxtı” internet müsabiqəsi uğurla davam edir. Bu layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Proqramının əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan edilir. Bu il də istisna olmamış və 24 yanvar 2020-cu il tarixindən start götürmüş müsabiqə 30 yanvar 2020-cu il tarixdə sona çatıb.

Hər il olduğu kimi bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilib. Ümumilikdə sayta 3602395 nəfər daxil olub ki, onlardan da 90 849 nəfəri bu ilin payına düşür.
Qeyd edək ki, hər il Gənclər Paytaxtının adı Gənclər və İdman Nazirliyinin təşkilatçılığı 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə rəsmi olaraq açıqlanır və Paytaxtın "Rəmzi açarı" şəhərin rəsmi nümayəndəsinə təqdim olunur.

"Gənclər Paytaxtı 2020"nin səsverməsində iştirak edən regionların siyahısı


Facebook-da paylaş