Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“İradənlə qalib gəl!”

“İradənlə qalib gəl!”

9 noyabr - Bayraq günü münasibəti ilə Gənclər və idman nazirliyi 1 noyabr tarixindən başlayaraq ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyalara start verir.

BrendSport.az saytı xəbər verir ki, İlk aksiya 1-3 noyabr tarixlərində Gənclər və İdman Nazirliyinin tabeliyində olan 34 Olimpiya İdman Komplekslərində keçiriləcək. Gəncləri idmana cəlb etmək, hər kəs üçün OİK-ləri əlçatan etmək, buradakı idman meydançaları, avadanlıqlar və imkanlardan gənclərin geniş şəkildə yararlanmasını təmin etmək məqsədi ilə açıq qapı günləri təşkil olunacaq.

Yeni nəsil öz sağlamlığına daha böyük diqqət göstərir. Onlar asudə vaxtlarını bədən tərbiyəsi, fitnes, yoqa, rəqslərin öyrənilməsinə sərf etməkdə maraqlıdır. Gənclər fiziki sağlamlığı “məsuliyyətli vətəndaşlıq – uğurlu dövlət” birliyinin vacib hissəsi kimi dəyərləndirir.

Rayonlarda gənclərin bu aksiyada iştiraka dəvəti rayon gənclər və idman idarələri, sosial şəbəkələr, könüllülər vasitəsi ilə aparılır.

Aksiya çərçivəsində futbol, voleybol, güləşin müxtəlif növləri, yüngül atletika, tennis, badminton, şahmat və s. yarışlar və əyləncəli idman oyunları təşkil ediləcək. Bu yarışlar OİK-də işləyən məşqçilər tərəfindən idarə olunacaq. Eyni zamanda hər rayonda müxtəlif idman növləri üzrə Avropa və Dünya Çempionları və mükafatçıları, beynəlxalq dərəcəli hakim və idmançıların iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçiriləcək.

Bütün gəncləri bu fürsətdən istifadə etməyə dəvət edirik.

Başlayın və qoy iradəniz qalib gəlsin!

Aksiyaya qoşulmaq üçün yaşadığınız rayon/şəhərin Gənclər və İdman İdarəsinə müraciət edin.

Abşeron OIK

Ağcabədi OIK

Ağdam OİK

Ağdaş OİK

Astara OİK

Balakən OİK

Beylaqan OİK

Biləsuvar OİK

Cəlilabad OİK

Füzuli OİK

Gəncə OİK

Göyçay OİK

Göy-Göl OIK

Hövsan OİK

Xaçmaz OİK

İmişli OİK

İsmayıllı OİK

Kürdəmir OİK

Qax OİK

Qazax OİK

Qəbələ OİK

Qobustan OIK

Qusar OİK

Lənkəran OİK

Oğuz OİK

Saatlı OİK

Sabirabad OİK

Sumqayıt OİK

Şağan OİK

Şəki OİK

Şəmkir OİK

Şirvan OİK

Tovuz OİK

Zaqatala OİK


Facebook-da paylaş