Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər sərhədçi peşəsinin sirlərini öyrəndilər



BrendSport.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə təsdiq etdiyi “Sərhəd” hərbi-idman oyunlarının əsasnaməsinə müvafiq olaraq Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq məqsədi ilə gənclərin iştirakı ilə hərbi-idman oyunu keçirilmişdir.
Oyun zamanı gənclər sıra hazırlığı, süni nəzarət iz zolağının yaradılması, kəndirin dartılması, nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülmə və yığılması, maskalanma, ilkin tibbi yardımın göndərilməsi mərhələləri üzrə yarışmış, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin əməkdaşları tərəfindən sərhədçi peşəsinin sirləri ilə tanış olmuşlar.
Qalib komandalar Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, baş məsləhətçi Rəşid Heydərov, Dövlət Sərhəd Xidməti Sahil Mühafizə rəisinin müavini polkovnik Elnur Həbibov və Sərhəd Mühafizəsinin digər əməkdaşlarınınn iştirakı ilə keçirilmiş təltifetmə mərasimində diplomlarla təltif olunmuşlar.


Facebook-da paylaş

Xəbəri paylaş