Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“İdman tibbi və reabilitasiya” magistr proqramı üzrə 2019-2020-ci tədris ili üçün qəbul prosesinə start verilib



Ölkəmizdə fəaliyyət göstərən həkim və həkim-rezidentlər üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ingilis dilində tədris olunan “İdman tibbi və reabilitasiya” magistr proqramı üzrə 2019-2020-ci tədris ili üçün qəbul prosesinə start verib.

BrendSport.az xəbər verir ki, magistratura imtahanlarının birinci mərhələsində iştirak etmək üçün fevralın 11-dək Dövlət İmtahan Mərkəzinin saytında (http://eservices.dim.gov.az/erizemag/erize/?frm=egov) qeydiyyatdan keçmək lazımdır. Qəbul imtahanının ilk mərhələsində kifayət qədər bal toplayan namizədlər ikinci mərhələdə Akademiyada müsahibədən keçəcəklər.

“İdman tibbi və reabilitasiya” magistr proqramı dünyaya 29 Nobel laureatı bəxş edən Böyük Britaniyanın London Kollec Universitetinin (UCL) İdman Tibbi İnstitutu ilə birgə tərtib olunub. Proqrama Beynəlxalq Boks Assosiasiyasının (AIBA) Tibbi Komissiyasının sədri, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin idman tibbi bölməsinin vitse-prezidenti, boks üzrə Britaniya milli Olimpiya yığmasının tibb direktoru Maykl Pol Luzmor rəhbərlik edir.

“İdman tibbi və reabilitasiya” magistr proqramını bitirən məzunlar milli yığma komandalar, idman federasiyaları, klubları və reabilitasiya mərkəzlərində çalışmaq imkanı qazanacaqlar.

Magistr proqramı üzrə ətraflı məlumat almaq üçün 012 564 73 88 telefon nömrəsi və ya master@sport.edu.az email ünvanı vasitəsilə əlaqə saxlamaq lazımdır.


Facebook-da paylaş