Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Testene Art Baku” III Beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək



Martın 13-dən 17-dək Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə “Testene Art Baku” III Beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək.

Baş İdarədən brendSport.az -a bildirilib ki, müsabiqə instrumental, vokal, rəqs, teatr, folklor, moda və dizayn, dekorativ tətbiqi sənət, xalq çalğı alətləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qruplar üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən kollektivlər iştirak edəcək.

Müsabiqənin münsiflər heyəti tərəfindən fortepiano, skripka ixtisasları və rəssamlıq üzrə ustad dərsləri təşkil olunacaq.

Sonda mükafatlandırma mərasimi və möhtəşəm qala-konsert keçiriləcək, seçilmiş iştirakçılara hədiyyələr təqdim olunacaq.

Münsiflər heyətinin tərkibində Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Litva, İsrail və İtaliyadan olan nümayəndələr yer alacaq.


Facebook-da paylaş