Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənc cüdoçularımız Avropa kuboku turnirinin ilk günündə iki medal qazanıblar

Gənc cüdoçularımız Avropa kuboku turnirinin ilk günündə iki medal qazanıblar




İspaniyanın Malaqa şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku tunirinin ilk günündə Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.
BrendSport.az-ın gənclər şöbəsi xəbər verir ki, turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən Aydın Rzayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Millimizin üzvü Süleyman Əliyev (73 kq) isə yarışı üçüncü pillədə başa vurub.
Cüdoçularımıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edirlər.
Turnirə mayın 21-də yekun vurulacaq.
Yarışda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, idmançılarımız mayın 22-24-də Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş