Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Heydər Əliyev və azərbaycançılıq ideologiyası” məntiq olimpiadasının qalibləri mükafatlandırılıb

“Heydər Əliyev və azərbaycançılıq ideologiyası” məntiq olimpiadasının qalibləri mükafatlandırılıb
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Texniki Universiteti (AzTU) və “Prestij-S” Tədris Mərkəzinin birgə təşkil etdiyi "Heydər Əliyev və azərbaycançılıq ideologiyası” məntiq olimpiadasının mükafatlandırma mərasimi keçirilib.

BrendSport.az
saytının Gənclər Şobəsi xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva olimpiada qaliblərini təbrik edib. Bildirib ki, belə olimpiadaların keçirilməsi tələbələrin məntiqi təfəkkürünün inkişaf etdirilməsi, onların potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir. Nərmin Rzayeva məntiq olimpiadalarının universitetdə mütəmadi təşkil ediləcəyini də diqqətə çatdırıb.
Daha sonra “Prestij-S” Tədris Mərkəzinin direktoru Samid Səfərov çıxış edərək təbriklərini çatdırıb və olimpiadanın qaliblərinin adlarını açıqlayıb.
Nəticələrə əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Əkrəm Məlikov 1-ci, Energetika və avtomatika fakültəsinin tələbəsi Tofiq Nəsibli 2-ci, Maşınqayırma və robototexnika fakültəsinin tələbəsi Vüsal Şaməmmədli isə 3-cü yerə layiq görülüblər.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. Bundan başqa, olimpiadada uğurlu nəticə göstərən ilk 100 yerin sahibinə və könüllülərə sertifikatlar təqdim olunub.


Facebook-da paylaş

Xəbəri paylaş