Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Heydər Əliyev və Azərbaycan gəncliyi - “Gənc istedadlar” liseyində konfrans

Heydər Əliyev və Azərbaycan gəncliyi - “Gənc istedadlar” liseyində konfrans
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda şagird elmi-praktik konfransı keçirilib.
BrendSport.az
saytının Gənclər Şöbəsi xəbər verir ki, bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə liseyin direktoru Arif Bağırov Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəsna tarixi xidmətlərindən danışıb. O bildirib ki, Ulu Öndər elmə, təhsilə daim böyük önəm verib, bu sahənin inkişafına xüsusi qayğı göstərib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən videoçarx nümayiş etdirilib.
Liseyin musiqi müəllimi Kəmalə Əliyeva, tarix metodbirləşməsinin sədri Kifayət Şamilova çıxışlarında dahi şəxsiyyət Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına və inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıblar.
Yuxarı sinif şagirdləri Aydan Qəribli, İbrahim İbrahimzadə, Fərhad Kərimbəyli, Selcan Kərimli, Azər İsmayılzadə Ümummilli Liderə həsr olunmuş təqdimatlarla çıxış ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş