Əsas Səhifə > Fotoqalareya > "Porto" Abubakarın qiymətini artırdı

"Porto" Abubakarın qiymətini artırdı


29-08-2017, 23:05


"Porto" Fransanın "Marsel" və Türkiyənin "Fənərbaxça" klublarının yaxından maraqlandığı Vinsent Aboubakar üçün qiyməti 15 milyon avrodan 17 milyon avroya qədər artırıb.

BrendSport.az xəbər verir ki, "Porto" getdikcə dəyər qazanan Kamerunlu hücumçuya 17 milyon avro qiymət qoyub. "Portu" ilə ilk görüşdə "Marsel" klubu 15 milyon avro təklif etsə də, "Porto" bunu rədd etmişdi.

"Marsel"in təklifini 2 milyon avro artırdıqdan sonra bütün diqqət "Porto"nun baş məşqçisi Sergio Conceiçyoya yönəlib. Portuqaliyalı mütəxəssisin bu transferə izn verib-verməyəcəyi müəmma olaraq qalır.

Qeyd edək ki, Abubakar keçən mövsüm "Beşiktaş" forması ilə 19 qol və 4 məhsuldar ötürmə ilə diqqət çəkib.
Geri qayıt