Əsas Səhifə > Fotoqalareya > İdman ustası İbad

İdman ustası İbad


29-08-2017, 17:12


Rzazadə İbad Vaqif oğlu 05 may 1993-cü ildə Qobustan rayonunda ziyalı ailəsində dünyaya gəlib. 2000-ci ildən cüdo, karate-do, ciu-citsu, taekvando, universal döyüş, kyokushinkaykan karate, kikboksinq və qocyu-ryu karate-do və kempo-ryu döyüş növlərı ilə məşğul olmuşdur.

BrendSport.az xəbər verir ki, gənc idmançımız ciu-citsu üzrə 2005-ci ildə Azərbaycan çempionu və beynəlxalq yarışın çempionu, kyokushinkaykan karate üzrə 4 qat Azərbaycan çempionu olmuşdur. Qocyu-ryu kempo-ryu döyüş növlərində 5 qat Azərbaycan, 2015-ci il də Avropa və Dünya, 2016-cı ildə isə dünya çempionu olmuşdur. Prespektivli döyüşçümüz ümumilikdə 10 qat Azərbaycan, 2 qat Dünya və Avropa çempionu olmuşdur.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovun 08 aprel 2016-cı il əmri ilə gənc idmançımıza "İDMAN USTASI" dərəcəsi ilə təltif edilmişdir.

İbad Rzazadə hazırda Qobustan və Şamaxı rayonları üzrə qocyu-ryu karate-do və kempo-ryu, habelə kikboksinq döyüş növləri üzrə baş təlimatçıdır. Bununla yanaşı idmançımız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşıdır. İdmançımıza gələcək həyatında uğurlar və yeni-yeni nəaliyyətlər arzulayırıq.







Geri qayıt