Əsas Səhifə > Fotoqalareya > Bölgə gimnastları Bakıda təlim-məşq toplanışında iştirak edirlər

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışında iştirak edirlər


12-01-2023, 09:00
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışında iştirak edirlər


Qax, Zaqatala, Şamaxı və Zabratdan olan bədii gimnastlar Milli Gimnastika Arenasında təlim-məşq toplanışında iştirak edirlər.

BrendSport.az
xəbər verir ki, yanvarın 14-dək davam edəcək məşqlərə ümumilikdə 8 idmançı qatılıb.
İdmançılara təcrübəli məşqçilərin rəhbərliyi altında ümumi və xüsusi fiziki hazırlıq və alət texnikası üzrə məşqlər keçirilir. Bununla yanaşı, mütəxəssislər tərəfindən gimnastların proqramlarının təkmilləşdirilməsinə diqqət yetirilir.
Qeyd edək ki, Zabrat idman klubunda 2016-cı, Zaqatala Talaçay Kompleksi və Qax Olimpiya İdman Kompleksində 2019-cu, Şamaxı Olimpiya İdman Kompleksində isə 2021-ci ildən gimnastika bölmələri fəaliyyət göstərir.
Geri qayıt