Əsas Səhifə > Fotoqalareya > Şamaxıda şahmat üzrə rayon birinciliyi

Şamaxıda şahmat üzrə rayon birinciliyi


28-11-2017, 20:30


25 noyabr 2017-ci il tarixdə Şamaxı rayon Təhsil Şöbəsi və Şamaxı rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunmuş Şamaxı rayon Uşaq-Gənclər İdman Şahmat məktəbində şahmat üzrə rayon birinciliyi keçirilmişdir.

BrendSport.az saytına verilən məlumata görə yarışda 100-ə yaxın məktəbli iştirak etmişdir.

I yerə Şamaxı Avropa liseyi,II yerə şəhər 2 saylı tam orta məktəb,III yerə isə Əngəxaran kənd tam orta məktəbinin komandaları layiq görülmüşlər.

Sonda qaliblərə Şamaxı Rayon Təhsil Şöbəsinin və Rayon Gənclər İdman İdarəsinin Diplom və Fəxri Fərmanları təqdim olunmuşdur.

Alxas Məmmədov




Geri qayıt