Əsas Səhifə > Fotoqalareya > "İlhamlı qələbələr" adlı şəhid ailələrinə dəstək kampaniyamız çərçivəsində görüşlərimiz davam edir

"İlhamlı qələbələr" adlı şəhid ailələrinə dəstək kampaniyamız çərçivəsində görüşlərimiz davam edir


16-08-2021, 15:30


Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin nəticəsidir ki, 44 günlük Vətən savaşında dövlət-xalq-ordu birliyinin bəhrəsini bütün dünya gördü. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır.

Yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin, hərbi qulluqçularımızın yüksək intizama və döyüş qabiliyyətinə malik olmasının, əldə olunan uğurların və ən nəhayət, qazanılan zəfərlərin əsasında xalq-ordu birliyi dayanır.

BrendSport.az saytı Tovuz hadisələrindən baslayaraq 44 günlük Vətən savaşının son gününə qədər "İlhamlı qələbələr" adlı orduya dəstək kampaniyası həyata keçirmişdir.

Hər zaman gənclərə və idmana dəstək olmağı qarşısına məqsəd qoyan saytımız daim dövlət-xalq-ordu birliyinin yanında olmağa çalışmış və bu missiyanı bundan sonra da davam etdirəcəyik.

Dövlət başçısı cənab prezident İlham Əliyevin və birinci vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın apardığı siyasəti hər zaman dəstəkləmişik və işimizi bu yöndə davam etdirik.

BrendSport.az saytı olaraq şəhid ailələri ilə görüşümüz artıq ənənə halını alıb.

BrendSport.az saytı olaraq ənənəmizə sadiq qalaraq bu günlərdə "İlhamlı qələbələr" adlı şəhid ailələrinə dəstək kampaniyamız çərçivəsində yeni görüşlər təşkil etdik. Budəfəki səfərimiz Füzuli rayonuna idi. Burada rayonun kənd və qəsəbələrindəki şəhid ailələri ilə görüşlərimiz oldu. Zəfər əhavli-ruhiyyəli bu səfərimizdə bizə hər zaman dəstək olan "Həyat apteki"nin rəhbəri Rəhim Axundov, "İslamoğlu un məmulatları"nın rəhbəri Azər İslamzadə, "Ali Motors" maşın ehtiyat hissələri mağazasının rəhbəri, eyni zamanda Azərbaycan Qrapplinq İdmanı Federasiyasının vitse-prezidenti HuseynƏli Abbaslı, eyni zamanda, SOCAR-ın Sərmayələr İdarəsinin rəis-müavini İlham Nəsirov və “Caspian Pipe Coatings” MMC-nin drektorunun birinci müavini Rasim Mustafayev də bizimlə birgə şəhid ailələri ilə görüşüb, onların arzu və istəklərini dinləyiblər.

Sonda bu xeyirxah təşəbbüsümüzə digər şirkət və təşkilatları da qoşulmağa dəvət edirik.

Ailələrlə görüşdən fotoları sizə təqdim edirik.



















Geri qayıt