Əsas Səhifə > Fotoqalareya > "Çelsi" müqavilə imzaladı, sonra icarəyə verdi

"Çelsi" müqavilə imzaladı, sonra icarəyə verdi


28-08-2017, 22:35


"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" futbolçusu Jeremi Boqa ilə yeni müqavilə imzalayıb.

Klubun saytının yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyununa kimi uzadılıb. Daha sonra o, bu mövsüm üçün Çempionşip təmsilçisi "Birminqem"ə icarəyə verilib.

Qeyd edək ki, J.Boqa bu mövsüm İngiltərə Premyer Liqasının birinci turunda "Bernli"yə qarşı matçda (2:3) iştirak edib.
Geri qayıt