Əsas Səhifə > Fotoqalareya > İdmana bağlı incəsənət adamı

İdmana bağlı incəsənət adamı


23-10-2017, 15:24


Yasin Məmmədov 2001-ci ildə Şamaxı rayonunda anadan olub. Texniki Humanitar Təbiət Təmayüllü liseyin X sinif şagirdidir. 5 il Şamaxı İncəsənət Məktəbinin şagirdi olub və nəfəs çalğı alətləri üzrə klarnet fakültəsini bitirib. İncəsənətdə əldə etdiyi uğurlara görə fəxri fərmanla təltif olunub. Bir çox konsertlərdə iştirak edib.

- Yasin, səncə, incəsənət ilə idmanın nə əlaqəsi var?

- Deyərdim ki, var. Hər bir incəsənət insanı yaxsı formada gorünməyə can atır. İdman da bir növ buna köməkdir.

- Sənin şəxsi münasibətin necədi idmana?

- Əladı. Mən özüm də idmanla mütəmadi məşğul oluram. Qaçış və futbolu xüsusi sevirəm. Eyni zamanda gimnastika ilə də məşğul oluram. Bu da mənim fiziki durumuma yaxşı təsir edir. Nəfəsli musiqi alətilə məsğul oldugum üçün qaçış zamanı o da mənə kömək olur.

- Fikirlərinə görə sağ ol. Gələcək işlərində uğurlar arzulayırıq sənə.

- Çox sağ olun, təşəkkür edirəm.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Geri qayıt