Əsas Səhifə > Fotoqalareya > Hazarddan yeni müqavilə

Hazarddan yeni müqavilə


14-09-2017, 22:12
Hazarddan yeni müqavilə

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" futbolçusu Eden Hazardla yeni müqavilə imzalamağa hazırlaşır.

Britaniya mətbuatının yaydığı xəbərə görə, belçikalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2021-ci ilin iyununa qədər uzadılacaq. E.Hazardın yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, E.Hazard 2012-ci ildən "Çelsi"də oynayır.
Geri qayıt