Əsas Səhifə > Fotoqalareya > “Bavariya” rəsmisi: "Sanço bizə gəlmək istəmədi... “Borussiya”nı seçdi"

“Bavariya” rəsmisi: "Sanço bizə gəlmək istəmədi... “Borussiya”nı seçdi"


15-11-2018, 22:44


Dortmund “Borussiya”sının futbolçusu Ceydon Sanço “Mançester Siti”də olarkən, “Bavariya”nın təklifini rədd edib.

Bu barədə Münhen təmsilçisinin idman direktoru Həsən Salihamiciç Almaniya mətbuatına açıqlamasında deyib:

“Sanço "Mançester Siti"də olanda, onu transfer etmək istəyirdik. Klubla danışıqlarımız da olmuşdu. Ancaq Sanço bizə gəlmək istəmədi. O, bizi deyil, “Borussiya”nı seçdi”.

2017-ci ildə 8 milyon avro qarşılığında “Borussiya”ya transfer edilən Sanço, cari mövsümdə Bundesliqada 11 qarşılaşmada iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

Sanço ilə “Yuventus” yaxından maraqlanır. İngilis futbolçunun transfer dəyəri 70 milyon avro müəyyənləşdirilib. O, bir dəfə də İngiltərə millisinin formasını geyinib.
Geri qayıt