Əsas Səhifə > Fotoqalareya > Çin klubu Taliskanın transfer hüququna sahibləndi

Çin klubu Taliskanın transfer hüququna sahibləndi


27-10-2018, 19:19


Çinin “Quançjou Everqrand” klubu “Benfika”dan icarəyə götürdüyü Anderson Taliskanın transfer hüququna sahib olub.

Bu barədə “Benfika” klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə Çin təmsilçisinin 19,2 milyon avro qarşılığında Taliskanın transfer hüququnu aldığı bildirilib.

24 yaşlı futbolçu “Quançjou Everqrand”a yay transfer pəncərəsi dövründə keçmişdi.

Taliska cari mövsümdə Çin Super Liqasında 14 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 14 qol vurub və 5 məhsuldar ötürmə edib.
Geri qayıt