Əsas Səhifə > Fotoqalareya > VAR sistemi ÇL və AL-də də tətbiq olunacaq

VAR sistemi ÇL və AL-də də tətbiq olunacaq


27-09-2018, 22:54


UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində iclası keçirilib. UEFA-nın rəsmi saytı xəbər verir ki, iclasda Video Köməkçi Hakim (VAR) sisteminin Çempionlar Liqasında istifadə ediləcəyi vaxt müəyyənləşib.

2019-cu ildə, ÇL-in İstanbula keçiriləcək finalında VAR sistemindən istifadə olunacağı bildirilib.

Bu sistemdən Avropa Liqasının 2020/2021 mövsümündə, 2020-ci ildə keçiriləcək Avropa çempionatında və UEFA Millətlər Liqasının 2021-ci il finallarında istifadə ediləcək.

İclasda həm də, Kosovo Futbol Federasiyası UEFA Hakimlər Konvensiyasının yeni üzvü olaraq təsdiq edilib.
Geri qayıt