Əsas Səhifə > Fotoqalareya > İki İngiltərə nəhəngi alman üçün yarışa girdi

İki İngiltərə nəhəngi alman üçün yarışa girdi


21-09-2018, 10:14


Bundesliqa təmsilçisi “Herta”nın futbolçusu Arne Mayer İngiltərənin nəhəng klublarının diqqət mərkəzinə düşüb.

“Mançester Yunayted” və “Arsenal” 19 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Xəbərdə yarımmüdafiəçinin qışda komandadan ayrıla biləcəyi bildirilib.

Mayer Almaniyanın 21 yaşlılardan ibarət millisində də çıxış edir. Futbolçunun transfer bazarında qiyməti 7,5 milyon avrodur.
Geri qayıt