Əsas Səhifə > Fotoqalareya > Yaşar Vahabzadə vəzifəsindən qovuldu

Yaşar Vahabzadə vəzifəsindən qovuldu


6-09-2017, 22:22
Yaşar Vahabzadə vəzifəsindən qovuldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə istefaya göndərilib.

Bu barədə qərar yığmanın İsrail və İrlandiya yığmaları ilə keçirdiyi Avropa çempionatının seçmə mərhələ matçlarının nəticələrinə əsasən çıxarılıb.

Bu gün Y.Vahabzadə 1:3 hesabı ilə uduzduqları hər iki matçla bağlı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hesabat dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında 57 yaşlı mütəxəssisin U-21 yığmasının baş məşqçisi kimi müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Yaşar Vahabzadə 2015-ci il yanvarın 9-dan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi vəzifəsində çalışırdı.
Geri qayıt