Əsas Səhifə > Fotoqalareya > Türkiyə millisinin daha bir üzvü İspaniya çempionatında

Türkiyə millisinin daha bir üzvü İspaniya çempionatında


15-06-2018, 21:13
Türkiyə millisinin daha bir üzvü İspaniya çempionatında

“Trabzonspor”un futbolçusu Okan Yokuşlu karyerasını İspaniya La Liqasında davam etdirəcək.

24 yaşlı yarımmüdafiəçi “Selta”da çıxış edəcək. Klubun rəsmi saytı Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Yokuşlu 2015-ci ildən “Kayserispor”dan “Trabzonspor”a transfer olunmuşdu. Həmin vaxtdan Türkiyə millisinə də dəvət alan futbolçu 11 oyuna 1 qol vurub.
Geri qayıt