Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qadın güləşçisimiz Avropa üçüncüsü olub

Qadın güləşçisimiz Avropa üçüncüsü olub

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.
Şəhanə Nəzərova (50 kq) moldovalı Mariya Leordaya 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda litvalı Qabija Diliteyə məğlub olub.
Elnurə Məmmədova (55 kq) polşalı Angelika Mitkovskaya 12:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda isveçli Emma Malmqrenə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Elnurə bürünc medal uğrunda moldovalı Mihaela Samoillə güləşib. Rəqibinə 14:7 hesabıyla qalib gələn Elnurə Məmmədova Avropa üçüncüsü olub.
Nigar Mirzəzadə (68 kq) ilk mərhələdə slovakiyalı Suzanna Molnara məğlub olub. Rəqib finala yüksəldiyi üçün Nigar təsəlliverici görüşə çıxıb və polşalı Karolina Kozlovskaya 4:2 hesabıyla qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Karolina Poka (2:10) uduzan Mirzəzadə qitə birinciliyini 5-ci pillədə başa vurub.


Facebook-da paylaş

Xəbəri paylaş