Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA “Qarabağ” klubu ilə bağlı növbəti paylaşım edib



UEFA Konfrans Liqasının rəsmi “Twitter” səhifəsi Ağdamın “Qarabağ” klubu ilə bağlı növbəti paylaşım edib.

BrendSport.az saytı xəbər verir ki, paylaşımda Ağdam klubunun turnirin qrup mərhələsində topa sahib olma üzrə ən yaxşı ikinci komanda olduğu vurğulanıb.

Ağdam təmsilçisi 60,7 faiz göstərici ilə yalnız Niderlandın "AZ Alkmaar" klubundan (62,8) geri qalıb.

Qeyd edək ki, H qrupunu ikinci pillədə başa vurmuş “Qarabağ” pley-off mərhələsində Fransanın “Marsel” klubuna rəqib olub. Ağdam təmsilçisi ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş